Cəmiyyət

Murov zirvəsini düşməndən azad edən kapitan - VİDEO

9 Dekabr 2020 13:39
Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

27 yaşlı Amin Vətən müharibəsində şəhadətə yüksələn 30 yaşlı Həmidağa Hüseynzadənin kiçik qardaşıdır. Ata, ana, bacısı ilə yanaşı o da qürurludur bu gün. Çünki, qardaşı Murov zirvəsini düşməndən azad edərək, zirvələrə ucalan oğullarımızdan oldu.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, öz gücü ilə komandir rütbəsinə kimi yüksələn Həmidağa 2016-ci il Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində xüsusi qəhrəmanlıq göstərir.Onun bu şücaətinə ən yüksək dəyər isə Ali Baş Komandan İlham Əliyev tərəfindən verilir. Medalla təltif edilən Həmidağa həmin gündən öz dəstəsinin Kapitanı olur.

Xüsusi təyinatlımız olan Həmidağa Hüseynzadə adını Vətən müharibəsi səhifələrinə də qızıl hərflərlə yazdırmağı bacarır. Öz dəstəsi ilə Murov dağ silsiləsi istiqamətində düşmənin "Canavar qulağı" adlı 2 postunu ələ keçirərək, xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəmanımız həmin istiqamətdə düşdükləri mühasirəni də yarmağı bacarır. Sonda isə namərd düşmənin snayperdən açdığı atəşə tuş gələrək, döyüş yoldaşının qollarında şəhadətə yüksəlir.

İgid kapitanın gülər üzünə bir az da gözəllik qatan yanağındakı xalı isə düşmən üçün əsl göz dağına çevrilmişdi. Erməni yaraqlılarının "Xallı" adlandırdıqları Həmidağa onlar üçün qorxulu bir yuxu idi.

Özündən geriyə ömür gün yoldaşı ilə yanaşı, 5 aylıq Həmidəsini də qoyub gedən zabitimiz bacısının doğum günündə şəhid dostu ilə birgə torpağa tapşırılır. Şəhadətin, ucaldığın zirvən mübarək, kapitan! Gözün arxada qalmasın, anan anamız, atan atamız, balan da doğma balamızdır!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.