Vətənin bir zirvəsində həm də şəhidlik zirvəsini fəth edən baş leytenant
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən müharibəsinin ilk şəhidləri sırasında bölük komandiri, baş leytenant Raqib Hüseynov da var.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Raqib Hüseynov 1993-cü ildə muxtar respublikanın Şahbuz rayonunun Mərəlik kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində alıb. Ailəsinin Naxçıvan şəhərinə köçməsi ilə əlaqədar təhsilini Heydər Əliyev adına Naxçıvan şəhər tam orta məktəbində davam etdirməyə başlayıb. Qəlbinə hakim kəsilən zabit olmaq arzusu onu 2009-cu ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə gətirib. İki il sonra liseyi yüksək qiymətlərlə bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2015-ci ildə məktəbi bitirərək leytenant rütbəsində Gəncəyə göndərilib. 2018-ci ildən 2020-ci ilədək Tərtərdə qulluğunu davam etdirib. Vətən müharibəsi başlayanda 9 ay idi ki, Naftalanda xidmət edirdi. Orada şəxsi heyət arasında böyük hörmət qazanmışdı.
Onun ürəyində böyük arzuları vardı. Ölkəmizə qarşı ədalətsiz müharibə aparan düşməni yerində oturtmaq, işğal altındakı torpaqlarımızı geri almaq, o torpaqlarda üçrəngli Azərbaycan bayrağının dalğalandığını görmək.
Şəhidimizin qulluq etdiyi hissənin zabiti Hüseyn Rüstəmovla telefon söhbətimiz, sözün əsl mənasında, bizə böyük qürur hissləri yaşatdı: "Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin sübh tezdən bütün cəbhəboyu zonada atəşkəs rejimini pozaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrimizə iriçaplı silahlardan atəş açması ordumuzun əks-hücuma keçməsi ilə nəticələndi. Raqibin komandirlik etdiyi bölüyün düşməni bələyində boğmağa hazır olan igid əsgərləri böyük şücaət göstərirdilər. Raqib isə öndə idi. Düşmənin çoxlu sayda silah-sursatının sıradan çıxmasında, canlı itki verməsində bölük komandirinin işlətdiyi taktiki manevrlər böyük rol oynadı. Təəssüf ki, o, çox yaxında olan qələbəmizi görə bilmədi. Sağlığında əsgərlərimizə bir nümunə, döyüşdə ölümsüzlüyə qovuşaraq şəhid oldu. Hamımız onu gələcəyin ən yüksəkrütbəli zabiti kimi görürdük. Bu igid şəhidimiz haqqında saatlarla danışa bilərəm. Ancaq Raqib danışmaqdan çox iş görməyi üstün tuturdu. Ətrafındakılar da bunu yaxşı bilirdilər. Zabit şərəfini qorumağı bacarırdı, əsgərlərə nə qədər qayğı ilə yanaşırdısa, bir o qədər də tələbkar idi. Allah ruhunu şad eləsin!"
Anası Rəna xanım isə oğlu ilə telefon söhbətlərini xatırlayır: "Raqibin son zəngi sentyabr ayının 27-si səhər saat 9 radələrində oldu. O qürurlu bir səslə dedi ki, "Ana, başını dik tut, atamdan, bacımdan muğayat ol. Məndən nigaran qalma!" Bu, onun son zəngi oldu.
Sonra telefonda qəhrəman oğlunun bölüyündə xidmət edən əsgərlərin ürək sözlərini göstərir. Birini oxuculara təqdim edirik: "Uğrunda canından keçdiyi yüksəklik artıq bizdədir. Qisasını aldıq. Rahat olsun şəhidimiz. Onu unuda bilmirik, heç vaxt da unutmayacağıq".
Şəhidimizin bacısı Ülviyyə müəllimənin dediklərindən: "Böyük itkidir, qardaş itkisi. Təskinliyimiz ondadır ki, Raqib ölümün gözünə dik baxaraq ən ali bir amal uğrunda - ərazi bütövlüyümüz, torpaq namusumuz uğrunda şəhidlik zirvəsinə ucaldı. Deyirlər ki, torpaq uğrunda müharibədə ölən olmur, şəhid olur. Qardaşım da ölməyib.
Şəhidin dostu Elvir deyib ki, hələ də onun bizimlə bir sırada olmayacağına inanmağım gəlmir. Amansız əcəlin onu belə asanlıqla əlimizdən alması hamımızın qəlbini göynədir. Hələ çox kövrəldəcək onu tanıyanları, onu sevənləri, onun yaxınlarını. Ancaq onu da düşünürəm ki, əcəlin bu amansız hökmünü heç kim dəyişdirə bilməyib. Dəyişdirmək mümkün olsaydı, Raqib mütləq Azərbaycan Ordusunun önündə gedən zabiti kimi torpaqlarımızın tamamilə işğaldan azad edilməsində öz sözünü deyəcəkdi.
Başqa bir dostu Vəli isə qeyd edib ki, onun həyatda Raqib kimi doğma torpağımıza qəlbən bağlı olan dostu olduğuna görə qürur hissi keçirir. Tarix boyu düşmən qabağına mərdi-mərdanə çıxan azərbaycanlıların qəhrəmanlıq ənənələrinə sadiq qaldı Raqib. Qəbri nurla dolsun...
Şəhidlik zirvədir. Bu zirvəni hər kəs fəth edə bilməz. O zirvəni fəth etmək üçün Raqib və Raqib kimi igidlər lazım idi. Qələbəni bizə onlar qazandırdılar və bu zirvəni fəth edərək ölümsüzlüyə qovuşdular. Bununla Azərbaycan Ordusu və Azərbaycan oğullarının nəyə qadir olduğunu göstərdilər...
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri





