Cəmiyyət

2021-ci ildə fəsillərin daxilolma vaxtları açıqlandı

4 Dekabr 2020 14:02
Baxış: 7 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtları məlum olub.

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Milli.Az-a bildirilib ki, yaz fəsli (Baharın gəlişi) - 20 mart saat 13:37:00 ölkəyə qədəm qoyacaq.

Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayır.

Yay fəsli 21 iyun saat 07:32:00-da baş tutacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 23 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 37 san olacaq.

22 sentyabr saat 23:21:00-da isə payız fəsli başlayır. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.

Qış fəsli isə 21 dekabr saat 19:59:00-də gələcək. Bu zaman Yerin fırlanma oxy Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.