Cəmiyyət

"Şamaxı yolu"ndakı yerüstü piyada keçidinin lifti bərpa olundu - FOTO

2 Dekabr 2020 19:04
Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakkıda, Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidinin liftində yaranan nasazlıq aradan qaldırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildiriblər. Qeyd olunub ki, lift nasazlıq səbəbindən işləməsə də, hazırda istifadə ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur:

"Bu gün Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yerləşən yerüstü piyada keçidinin liftlərindən birində texniki nasazlıq yaranıb. Nasazlıq əraziyə cəlb olunmuş təmir briqadası tərəfindən qısa müddət ərzində aradan qaldırılıb. Hazırda liftdən istifadə ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur".

Əlavə olunub ki, sözügedən liftlər fiziki məhdudiyyətli, uşaq arabası ilə hərəkət edən şəxslərin və yaşlı insanların istifadəsi üçün nəzərdə tutulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.