Cəmiyyət

Laçın sakini: Biz ağlaya-ağlaya oranı tərk etdik, bu gün isə üzümüz gülür

1 Dekabr 2020 16:42
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İllər boyu biz bu qələbənin həsrətində olmuşuq.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Laçın rayonu Hoçaz kənd sakini olan Hüseynova Sücayət bildirib.

Onun sözlərinə görə, bu gün Laçının işğaldan azad olunmasına hər bir azərbaycanlı sevinir:

"Bu gün Laçınım işğaldan azad olundu. Bu günü biz uzun illərdir gözləyirdik və həsrətində olmuşuq. Ermənilər illər boyu heç bir əsası olmadan bizimlə torpaq müharibəsi aparıb. Onlar 1992-ci ildə Laçını işğal etdilər və həmin dövrdə biz ağlaya-ağlaya oranı tərk etdik, ancaq bu gün üzümüz gülür".

Laçın sakini qeyd edib ki, bu qələbəni biz Ali Baş Komandan və Azərbaycan Ordusuna borcluyuq:

"Başda cənab İlham Əliyev olmaqla arzularımızı bizə bəxş edən Azərbaycan Orusuna öz minnətdarlığımı bildirirəm. Bizim yuxularımız çin oldu, əsgər və zabitlərimizin qarşısında baş əyirəm. Allah güclü, qüdrətli Azərbaycan Ordusunu qorusun, daim var eləsin".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory