Cəmiyyət

Topçu Vüsaldan fotosunun içki şüşəsinə vurulmasına REAKSİYA

30 Noyabr 2020 16:17
Baxış: 3 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərəmovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Milli.Az bildirir ki, əsgərin atası İslam Şahkərəmovun bu barədə "ölkə.az"a dediyinə görə, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib:

"Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm.

Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vətən müharibəsinin əsas simalarından hesab edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.