Cəmiyyət

ABŞ-da nəşr edilən kitabda Azərbaycanlı alimin də imzası var

26 Oktyabr 2020 14:08
Baxış: 1 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı ABŞ-ın Cənubi Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamenti tərəfindən yaxınlarda nəşr edilmiş və redaktorları professorlar Ə.Əskərov, S.Bruks və L.Çantuaridze olan "The Post-Soviet Conflicts: The Thirty Years' Crisis" (Post sovet münaqişələri: otuz illik böhranlar" (Lexington Books, 2020. 398 pages. ISBN-10:1498596541. ISBN-13:978-1498596541) kitabının "Xəzər mübahisəsi" adlanan hissəsini (səh.243-259) yazıb.

Müəllif mötəbər arxiv mənbələri əsasında Xəzər dənizinin hüquqi statusu məsələsinin meydana çıxması, ümummilli lider Heydər Əliyev tərəfindən "Əsrin müqaviləsi" imzalandıqdan sonra baş verən proseslər, Xəzəryanı dövlətlərin mövqeləri, Xəzərdə münaqişə və b. məsələləri təhlil edib.

Kitabda Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, gedişi və nəticələri Cənubi Karolina Universitetinin professoru Ə.Əskərovun yazdığı "Dağlıq Qarabağ münaqişəsi: sovetlərin sonunun başlanğıcı" adlı hissəsində araşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.