Cəmiyyət

15 hoteldə koronavirusla bağlı tələblərin pozulması faktları aşkarlanıb

23 Oktyabr 2020 18:20
Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları"na əməl olunması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 122 mehmanxanada reyd keçirib.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, reydlərin keçirildiyi 15 mehmanxanada Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydaların tələblərinə əməl olunmaması və kobud pozuntu faktları aşkarlanıb. Fəaliyyətində nöqsanlar aşkarlanan mehmanxanalar barədə qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.

Keçirilən reydlər zamanı sahibkarlıq subyektlərinə, orada çalışan işçi heyətə qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilib və mehmanxanaların ictimai iaşə zonalarına xəbərdaredici, maarifləndirici lövhələr yerləşdirilib:

"Qida Təhlükəsizliyi Agentliyi sözügedən sahədə fəaliyyət göstərən sahibkarlara müraciət edərək bir daha bildirir ki, istehlakçıların və işçi heyətin sağlamlığının qorunması istiqamətində mehmanxanaların ictimai iaşə məkanlarında xidmətlərin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.

Hazırda mehmanxanalarda yoxlama-nəzarət, təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində əldə olunan müsbət dinamikanın qorunub saxlanılması və koronavirusla effektiv mübarizənin davam etdirilməsi üçün hər bir sahibkarlıq subyektinin qanunvericilik çərçivəsində fəaliyyət göstərməsi zəruri şərtlərdəndir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.