Açıq havada toy və yas mərasimlərinin təşkilinə niyə icazə verilmir? - AQTA açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıq havada toy və yas mərasimlərinin təşkilinə icazənin verilməməsinin səbəbini açıqlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib ki, hazırda açıq, həm də qaplı məkanlarda olan obyektlərdəki insanların sayı ilə bağlı məhdudiyyətlər var: "Hazırda kütləvi tədbirlərin təşkili qadağandır. Bir yerdə 10 nəfərdən çox insanın toplanması qadağası var. Bu, o deməkdir ki, bu tələb açıq məkanlarda ictiami iaşə obyektlərinə ddə şamil edilir. Açıq məkanlarda ona görə toy və yas mərasimlərinin təşkilinə icazə verilmir ki, qohumlar və tanışlar bu mərasimlərə gələrkən birbaşa masa arxasında əyləşib çay və qida qəbul etməklə məşğul olmurlar. Onlar tez-tez bir-biri ilə görüşürlər".
Sədr müşavirinin sözlərinə görə, adətən, yas və toy mərasimləri uzun müddət bir-birini görməyən insanların görüş yeri kimi qiymətləndirilir: "Bu o deməkdir ki, onlarla, yüzlərlə insan bir-biri ilə təmasda olarkən yoluxma riskini çox artıracaq. Bu, çox təhlükəli hal ola bilər. Ən yaxşı halda eyni masa arxasında oturan insanlar bir-birləri ilə bu cür ünsiyyət yaradırlar, digər insanlarla o cür təmasa girmirlər. Ona görə də eyni masa arxasında bir-birini tanımayan insanlar oturduqda bu risk baş vermir. Bütün bunlar onu deməyə əsas verir ki, bu məsələlərə epidemik risk aşağı düşdüyü halda baxılsın. Amma bugünki vəziyyətin, qərarın əsas arqumenti ondan ibarətdir ki, kütləvi şəkildə toplaşma kütləvi şəkildə ünsiyyət və yoluxma deməkdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi





