Cəmiyyət

Tarixçi: "Ermənilər Azərbaycanın qədim alban və xristian abidələrini məhv edirlər"

23 Sentyabr 2020 14:13
Baxış: 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın qədim alban və xristian abidələri ermənilər tərəfindən məhv edilməkdədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə "Arsak toponiminin elmi mənşəyi" mövzusunda keçirilən vebinarda deyib.

Onun sözlərinə görə, Azərbaycanın xristian abidələri Qriqoryan abidələri kimi təqdim edilir.

R.Əlizadə qeyd edib ki, sovet dövründə islama qədərki tariximizin sanki bir yiyəsi olmayıb. Cənubi Qafqazda o sahələri araşdıran əsas mütəxəssislər erməni və gürcülər olub:

"Albanşünaslığın araşdırılması ilə daha çox erməni və gürcülər məşğul olub. Sovet dövründə Azərbaycan tarixi elminə 2, 3-cü dərəcəli elm kimi baxılıb. Ona görə də Albaniyanın əsas iki paytaxtı olan Qəbələ və Bərdə şəhərləri Azərbaycan şəhəri olsa da, sovet dövründə bu məsələlər barədə Rusiyada, Ermənistanda, Gürcüstanda alimlər müzakirələr aparıblar".

R.Əlizadə əlavə edib ki, Azərbaycanın tarixi ilə bağlı məlumatların virtual aləmdə düzgün çatdırılmasına çox böyük ehtiyac var:

"Biz bilirik ki, bu gün virtual aləmdə oyunlar baş verir. Biz bu gün işğalçı Ermənistanla üzbəüz dayandığımız cəbhədə düşmənlərin kimlərin olduğunu görürük. Virtual aləmdə isə çox insanlarla üz-üzə gəlirik və gərək biz onların düzgün məlumat təqdim etməyən paylaşımlarına laqeyd yanaşmayaq, real tarixi təbliğ edək. Bunun üçün bizə vizual elektron vəsaitlər çox lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.