"Son 17 ildə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib" - Deputat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlum olduğu kimi, dünya ölkələri aylardır yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparır. İlk olaraq Çində baş qaldıran bu infeksiyanı mütəxəssislər haqlı olaraq "gözəgörünməz düşmən" adlandırırlar. Çünki yeni növ koronavirus infeksiyası təkcə insanların sağlamlığına təhlükə törətmir, eyni zamanda ölkələrin səhiyyə sisteminə və iqtisadiyyatına da zərbə vurur.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, əksər ölkələrdən fərqli olaraq Azərbaycan pandemiyanın yaratdığı bütün çətinlikləri öz iqtisadi imkanları hesabına dəf edə bilir:
"Heç şübhəsiz, bu imkanları əldə etmək məhz düşünülmüş və məqsədyönlü siyasət, o cümlədən regionların sosial iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində həyata keçirilən işlər nəticəsində mümkün olub. Sözügedən Dövlət proqramlarının icrası istiqamətində eyni zamanda şəhər və rayonlarda yeni məktəb binaları inşa edilib, yaxud əsaslı təmir edilib və bu iş davamlı xarakter daşıyır. Yəni, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər pandemiya dövründə də davam etdirilib".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində də bu məqama toxunulub: "Cənab Prezidentin həmin müraciətində qeyd olunub ki, yeni dərs ili yeni formatda təşkil edilib. Bunun əsas məqsədi şagirdləri, təhsil işçilərini və ümumilikdə vətəndaşlarımızı pandemiyadan qorumaqdır. Bu müraciətdən də göründüyü kimi, dövlətimiz üçün əsas prioritet vətəndaşların sağlamlığının, təhlükəsizliyinin qorunmasıdır ki, yeni dərs ilinin başlanması zamanı da bu məqam xüsusi olaraq nəzərə alınıb".
Digər tərəfdən yuxarıda da vurğuladığım kimi, Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər pandemiya dövründə də davam etdirilib. Dövlət başçısının məlum müraciətində də bildirildiyi kimi pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirilib, heç bir sosial layihə ixtisar olunmayıb.
Konkret olaraq məktəb tikintisinə gəlincə bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilib. Ümumiyyətlə, son 17 ildə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib".
Deputat deyib ki, eyni zamanda son bir neçə il ərzində ölkəmizdə modul tipli məktəblərin də tikintisi böyük vüsət alıb: " Ümumiyyətlə vurğulamaq yerinə düşər ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Bu il isə modul tipli 60 məktəbin tikintisi həyata keçirilir. Eyni zamanda ali məktəblərin binalarının da əsaslı təmir olunması, yeni korpusların tikintisi işləri davam etdirilir".
2020-ci ildə də ümumilikdə 147 məktəbin tikintisinin nəzərdə tutulduğunu deyən V.İskəndərovun sözlərinə görə, onlardan 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib: "Məlum olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq 17 ildir ki, bu sahədə çox böyük işlər görür. Bu baxımdan, Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb" proqramını xüsusi vurğulamaq lazımdır. Məhz bu proqram çərçivəsində respublikamızın rayon və şəhərlərində yeni məktəb binaları tikilib istifadəyə verilib, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazası yaxşılaşdırılıb, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Fond həmçinin "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Təhsilə dəstək", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramları çərçivəsində də ölkəmizdə təhsil infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasına özünün sanballı töhfələrini verir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda qar yağdı - Faktiki hava
-
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
-
Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin üçüncü günü başlayıb
-
Bakıda CAMCA Regional Forumunun ikinci günü keçirilir - (Foto)
-
Azərbaycanda hava kəskin dəyişir: FHN-dən xəbərdarlıq
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir
-
Azərbaycanda qar yağdı - Faktiki hava
-
“Abi” ləqəbli Elmin Mehdiyev məşhur türk aparıcının qonağı oldu - (Video)
-
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
-
Türkiyədə mədən qəzasında ölənlərin sayı 5-ə çatdı
-
Ukraynada həlak olan azərbaycanlı dəfn edildi
-
Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərdi
-
Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır - Hikmət Hacıyev
-
Bakıda keçirilən "ADEX" Beynəlxalq müdafiə sərgisinin üçüncü günü başlayıb
-
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)
-
Andlı-qanlı qardaşlar və çağırılmamış qonaq: husilər Körfəzi barışdırdı, İsraili süfrəyə gətirdi
-
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edir - (Foto)
-
Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"
-
Bakıda CAMCA Regional Forumunun ikinci günü keçirilir - (Foto)
-
Vəfa Şərifova görünüşünü dəyişdirdi - (Video)
-
Azərbaycanda hava kəskin dəyişir: FHN-dən xəbərdarlıq
-
Acunun “Hall Siti"sinin futbolçusunun maşını aşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Bakının iki rayonunda qaz kəsiləcək
-
Döymə etdirən hər kəsdə müşahidə olunur: Alimlərdən xəbərdarlıq
-
Uzatma kabelləri tarixə qovuşur
-
Zəfər xronikası. 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Fəhlələr divarı sökərkən arxasından 500 illik ayaqqabılar çıxdı
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər





