Cəmiyyət

Təhsil Nazirliyi: Onlayn dərslərin keçirilməsinə məktəb rəhbərliyi nəzarət etməlidir

11 Sentyabr 2020 16:59
Baxış: 1 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məktəblərdə onlayn dərslərin keçirilməsi ilə bağlı təlimatlar hazırlanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Nazirlər Kabinetinin "Karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" barədə Qərarına həsr olunmuş onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məktəblərdə onlayn dərslərin keçirilməsinə məktəb rəhbərliyi nəzarət etməlidir: "Ümid edirik ki, müəllimlər bu il daha məsuliyyətli olacaqlar. Şagirdlərin teledərs, onlayn dərslərdən öyrəndiklərini qiymətləndirməsini aparacayıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.