Cəmiyyət

Nazirlik vətəndaşları qeyri-qanuni ov edənlərlə mübarizəyə çağırır

11 Sentyabr 2020 16:29
Baxış: 600
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çox təəssüf ki, bu gün qeyri-qanuni və asan yolla ov etmək üsulu seçilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev mətbuat konfransıbda deyib.

O qeyd edib ki, qeyri-qanuni ova qarşı mübarizə tədbirləri davam etdirilir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi hüquq mühafizə orqanları ilə birgə qanunsuz ovçuluğa qarşı mübarizə aparır. Bu kimi hallar olduğu tədqirdə insanlar dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat versə, daha səmərəli tədbirlər görülər. Vətəndaşlar da bu istiqamətdə öz köməkliyini göstərməlidir. Hətta, belə hallarla qarşılaşan vətəndaşlar da öz iradlarını bildirməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.