Cəmiyyət

Dağlıq Qarabağda koronavirusa yoluxanların sayı 328-ə çatıb

11 Sentyabr 2020 18:33
Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 328-ə çatıb.

Milli.Az APA-ya istinadən əbər verir ki, Dağlıq Qarabağda son sutkada 5 yeni yoluxma faktı qeydə alınıb. 

İndiyədək infeksiyaya yoluxanlardan 283 nəfər sağalıb, 43 nəfərin müalicəsi davam edir, onlardan 7 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağırdır.   

Hazırda 64 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi müsbət çıxan iki nəfər vəfat edib. Lakin onların digər xəstəliklərdən vəfat etdiyi bildirilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.