Cəmiyyət

DİM sədri:" Azərbaycan və rus bölməsinin keçid balları arasında kəskin fərqin olacağını gözləyirik"

11 Sentyabr 2020 13:30
Baxış: 3 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il III ixtisas qrupunda ali məktəblərə rus bölməsi üzrə qəbul üçün 1102 plan yeri, birgə müsabiqəyə 2090 plan yeri təqdim edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan bölməsinin abituriyentlərinin və onlar arasında yüksək bal toplayanların sayı çox olduğundan birgə müsabiqə üçün təqdim edilən yerlərin əksəriyyətinin Azərbaycan bölməsinin abituriyentləri tuturlar: "Ötən il Azərbaycan bölməsi ilə rus bölməsinin keçid balları arasında kəskin fərq vardı. Azərbaycan və rus bölməsində ixtisaslar üzrə bal fərqi 100-50 idi. Biz bu il də rus bölməsi üzrə plan yerlərinə qəbulda həmin vəziyyəti gözləyirik, amma birgə müsabiqədə bu belə olmayacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.