Cəmiyyət

Samirə Mustafayeva illər sonra televiziyaya qayıtdı - FOTO

11 Sentyabr 2020 09:55
Baxış: 4 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış aparıcı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən televiziyaya qayıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Samirə Mustafayevanın yeni iş yeri Azərbaycan Televiziyası (AzTV) olacaq. Teleaparıcı artıq sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin "Xəbərlər" İ̇nformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək.

S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək.

Qeyd edək ki, S.Mustafayeva televiziyada fəaliyyətinə 2003-cü ildən başlayıb. O, xeyli müddətdir televiziyadakı işindən kənarlaşmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.