Cəmiyyət

Yusif Qədiməliyev işdən çıxarılıb? - “Sədərək” TM-dən açıqlama

8 Sentyabr 2020 12:34
Baxış: 2 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yusif Qədiməliyev iş başındadır.

Milli.Az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimov Yusif Qədiməliyevin ticarət mərkəzinin rəhbəri vəzifəsindən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirərkən deyib. 

O bildirib ki, "Sədərək" Ticarət Mərkəzi dövlət qurumu deyil ki, bura kimisə təyin edib, yaxud da çıxarsınlar:

"Yusif Qədiməliyev "Sədərək" Ticarət Mərkəzinin təsisçisidir. Qurumun İdarə Heyəti var. Onu kim işdən çıxarda bilər? Yusif Qədiməliyev iş başındadır".

Kəmaləddin Qədimov qeyd edib ki, ticarət mərkəzində minlərlə mağaza var və onların hər birinin sahibi var: 
"Özlərinin özəl qurumudur, sərbəst mal alıb-satırlar. Onları kim işdən çıxarda bilər? Mərkəz dövlətin ən böyük vergi daşıyıcılarındandır, amma dövlət müəssisəsi deyil ki, kimisə təyin edib, çıxarsınlar". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.