Cəmiyyət

Toy və nişan mərasimləri keçirilə bilər - TƏKLİF

8 Sentyabr 2020 11:00
Baxış: 4 395
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düşünürəm ki, yoluxma sayında davam edən hazırkı müsbət dinamika, eləcə də insanların virusla mübarizədə daha məlumatlı və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirə bilər.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, əlbəttə ki, mərasimlər yeni qaydalar çərçivəsində nəzarət mexanizmlərinin qurulması şərti ilə olmalıdır: "Təbii ki, bu barədə son qərar Operativ Qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək.

Ümumiyyətlə, hesab edirəm ki, payız aylarından sonra COVİD-19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Çünki təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi baxımdan müsbət nəticə verməklə yanaşı, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma biz vətəndaş olaraq ehtiyatlı davranmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmamalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.