Cəmiyyət

Hikmət Babayev “BakuBus”da vəzifəyə gətirilib? - Açıqlama

5 Sentyabr 2020 13:20
Baxış: 2 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyətinin tənzimlənməsi barədə verdiyi qalmaqallı açıqlamaya görə işdən azad edilmiş şöbə müdiri Hikmət Babayevə quruma məxsus "BakuBus" MMC-də vəzifə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

BNA-nın mətbuat katibi Mais Ağayev qafqazinfo-ya açıqlamasında bildirib ki bu məsələnin heç bir həqiqətə uyğun olmayan məlumatlar əsasında yenidən gündəmə gətirilməsi insanlar arasında çaşqınlıq yaratmağa, şəhər nəqliyyat sistemində görülən işlərə ləkə yaxmağa, insanlarda dövlət qurumuna qarşı inamsızlıq yaratmağa hesablanan çox uğursuz bir cəhddir.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev efirdə çıxışı zamanı bildirmişdi ki, taksidən istifadə etmək əvvəllər olduğu kimi, müəyyən imkanlara bağlı olmalıdır: "Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm marşrut xətləri mövcuddur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.