Cəmiyyət

Azərbaycanda bu şəxslər 15 sutka həbs edilə bilər - AÇIQLAMA

5 Noyabr 2025 14:40
Baxış: 1 001
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sosial şəbəkələrdə bir qrup yeniyetmənin çoxmərtəbəli binanın damında təhlükəli şəkildə hərəkət etdiyi görüntülər yayılıb. 

Milli.Az xəbər verir ki, görüntülərə əsasən, uşaqlar damın üzərindən aşağı taxta, şüşə tullayırlar. Bu isə insanlar arasında narazılığa səbəb olur. 

Bəs binaların damına çıxmaq belə rahatdır? 

Məsələ ilə bağlı komendant İlqar Hacıyev bildirdi ki, dama girişimiz bir qapıdan ibarətdir. O qapı da qıfılla bağlanıb:

"Bizim damda yalnız internet kabelləri, aparat yerləşir. Əgər həmin aparatda nasazlıq varsa, biz şirkətə bildiririk, əməkdaşlar gəlir. Mən dama çıxıram onlarla birlikdə işləri bitirəndən sonra dam yenidən qıfıllanır". 

Hüquqşünas Cabbar Bayramovun sözlərinə görə, hündür mərtəbəli binaların damında ictimai asayişi pozan şəxslərlə bağlı qanunvericilikdə xüsusi maddə yoxdur:

"Amma həmin şəxslər bu əmlakı məhv etməklə xırda xuliqanlıq kimi inzibati xətanın tərkibində yaradır. Buna görə isə 50 manatdan 100 manata qədər inzibati cərimə və ya işin hallarına görə təqsirləndirilən şəxsin xarakterindən asılı olaraq 15 sutkaya qədər həbs oluna bilər". 

Qeyd edək ki, qanunvericiliklə dama və digər texniki sahələrə giriş qadağandır. Bu qaydanı pozan şəxslər inzibati məsuliyyət daşıyırlar. 

Aysel Əkbər
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.