Cəmiyyət

Baş Prokurorluq ictimaiyyəti maraqlandıran suallara növbəti VİDEO-izah verdi

3 Sentyabr 2020 14:30
Baxış: 862
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətlə bağlı "prokurorluq orqanlarına müraciət etmək üçün hər hansı əlaqə vasitəsi mövcuddurmu?", "vətəndaşlar prokurorluq orqanlarına hansı qaydada müraciət edə bilər?", "hazırda Baş Prokurorluqda vətəndaşların qəbulu hansı qaydada həyata keçirilir?" suallarını cavablandırıb.

Təqdim olunmuş videonu izləməklə həmin sualların cavablarını öyrənə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.