Cəmiyyət

Əmircan qəbiristanlığının ərazisi məişət tullantılarından təmizlənib - FOTO

2 Sentyabr 2020 19:54
Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin "Eko-Radar" bölməsinə Suraxanı rayonu Əmircan qəsəbəsi qəbiristanlığının ərazisində məişət tullantılarının atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb.

"Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında ərazi Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Suraxanı rayon MKTB-yə məcburi göstəriş verilib".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.