Cəmiyyət

BNA vahid taksi qiymətləri ilə bağlı məsələyə aydınlıq gətirdi

1 Sentyabr 2020 16:48
Baxış: 1 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda fəaliyyət göstərən taksilərdə vahid qiymət müəyyən edilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib.

Onun sözlərinə görə, yeni konsepiyaya əsasən, taksilərdə pərakəndə qiymətin olmaması müzakirə edilir: "Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olmaq niyyətində deyil. Qurum yalnız taksilərin fəaliyyətinə nəzarət edəcək. Taksilərdə kilometrə görə qiyməti aidiyyəti dövlət qurumu həyata keçirməlidir. Həmin qurumlar kilometrə görə qiymət müəyyən edəcək və bütün taksilər eyni qiymətlə fəaliyyət göstərəcək. Bəzi xarici şirkətlər Bakıda qeydiyyatdan keçmədən taksi fəaliyyəti ilə məşğul olur və digər taksilərdən ucuz qiymət tətbiq edir. Bu da digər taksi şirkətlərinin işinə mane törədir. Bu, əslində rəqabət deyil, digər sahibkarın hüququnu pozmaqdır. Bütün bu məsələlər tənzimlənməli və vahid qiymət müəyyən edilməlidir. Əgər belə olarsa, taksi şirkətləri də normal fəaliyyət göstərə biləcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.