Cəmiyyət

Ağac kəsən sahibkarın işi məhkəməyə göndərildi

31 Avqust 2020 18:44
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi kütləvi informasiya vasitələrində Quba rayonu Tülər kəndi ərazisində meşə ağaclarının qanunsiz olaraq kəsilərək odun materialı kimi istifadə edilməsi barədə məlumatlar yayılıb.

Quba rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, müəyyən edilib ki, Quba rayonu Tülər kənd sakini Yasər Baxışovun işlətdiyi taxta emalı sexinə baxış keçirilən zaman qanunsuz yolla əldə olunmuş odun materialının aşkar edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılıb.

Araşdırma zamanı Yasər Baxışovun kənd sakinlərinin həyətlərində kəsdiyi ağacları alması, özünə məxsus torpaq sahəsində olan köhnə ağacları kəsərək yerinə meyvə bağı salması, kəsdiyi ağacları taxta emalı sexində doğrayaraq yeşik taxtası düzəltməsi müəyyən edilib.

Yasər Baxışovun əməlində İnzibati Xətalar Məcəlləsinin 398-ci (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olduğu üçün, 27 avqust 2020-ci il tarixdə Quba rayon prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.