Cəmiyyət

Nərimanov rayonunda Aşura mərasiminin keçirilməsinin qarşısı alınıb

30 Avqust 2020 22:30
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 30-da paytaxtın Nərimanov rayonu ərazisində bir qrup şəxsin Aşura mərasiminin keçirilməsi ilə əlaqədar toplaşdıqları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, həmin şəxslər Nərimanov Rayon Polis İdarəsinin ərazidə xidmət aparan əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətiriliblər. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə, 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.