Cəmiyyət

Baş Prokurorluq işə qəbul qaydalarını açıqladı

28 Avqust 2020 13:49
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Prokurorluq Azərbaycanın prokurorluq orqanlarında işə qəbul qaydalarına aydınlıq gətirib.

Qurumun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim həyata keçirilməkdədir.

Bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı sosial şəbəkə səhifələrindən daxil olmuş çoxsaylı sualların cavablandırılması qərara alınıb.

Bu məqsədlə prokurorluğun bütün fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması təmin olunacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.