Cəmiyyət

Universitetlərdə dərslər onlayn keçiriləcək

27 Avqust 2020 17:28
Baxış: 2 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali məktəblərdə təhsil sentyabrın 15-dən distant qaydada başlayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, 1-ci kurs tələbələri tanışlıq məqsədilə ail məktəblərə gələ biləcəklər. 15 oktyabr tarixindən isə bu ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq.

Nazir qeyd edib ki, noyabr 2-ə qədər bu cür davam edəcək və ondan sonra epidemioloji vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılacaq Əgər vəziyyət imkan versə, ənənəvi təhsil formasına keçiləcək, əgər imkan verməsə distant təhsil davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.