Ali məktəblərdə təhsil sentyabrın 15-dən distant qaydada başlayacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, 1-ci kurs tələbələri tanışlıq məqsədilə ail məktəblərə gələ biləcəklər. 15 oktyabr tarixindən isə bu ali məktəblərdə bəzi ixtisaslar üzrə, məsələn, tibb, mühəndislik və s. əyani təhsil üzrə tədris başlayacaq.
Nazir qeyd edib ki, noyabr 2-ə qədər bu cür davam edəcək və ondan sonra epidemioloji vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılacaq Əgər vəziyyət imkan versə, ənənəvi təhsil formasına keçiləcək, əgər imkan verməsə distant təhsil davam edəcək.
Milli.Az