Cəmiyyət

Xan Bakinskinin ailəsi haqda İLK DƏFƏ - Özündən böyük bacısı…

24 Avqust 2020 21:50
Baxış: 40 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl qətlə yetirilmiş kriminal lider Nadir Səlifovun qatili Xaqan Zeynalov (Xan Bakinski) haqda yeni təfərrüatlar məlum olub.

Milli.Az bildirir ki, qazet.az-a etibarlı mənbədən daxil olan məlumata görə, 1995-ci il təvəllüdlü Xaqan Zeynalov Bakının Bayıl qəsəbəsində böyüyüb. Xanın uşaqlığı Aqil Quliyev küçəsində yerləşən məşhur "Generalskiy dvor"da keçib. 

Məlumata görə, ailədə iki uşaq olub. Xaqanın özündən başqa böyük bacısı var. Mənbə Xaqanın daha sonradan ailəsi ilə birlikdə Əhmədli qəsəbəsinə köçdüyünü bildirib. Əlavə edək ki, Bayıl qəsəbəsindəki məşhur "Generalskiy dvor"da müxtəlif illərdə hazırkı Müdafiə Naziri Zakir Həsənov, Tibb Universitetinin keçmiş rektoru Əhliman Əmiraslanov, əməkdar artist Aygün Bəylər da yaşayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.