Bu gün daha 400 Azərbaycan vətəndaşının Rusiyanın Dağıstan Respublikasından Azərbaycana təxliyəsi həyata keçirilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.
Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıdışı təmin olunub.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.
Milli.Az