Daha 400 Azərbaycan vətəndaşı Rusiyadan Vətənə qayıdıb

18 Avqust 2020 22:09

Bu gün daha 400 Azərbaycan vətəndaşının Rusiyanın Dağıstan Respublikasından Azərbaycana təxliyəsi həyata keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Dərbənd şəhərində olan əməkdaşı Tural Səfərov məlumat verib.

Rusiya-Azərbaycan quru sərhədi vasitəsi ilə 400 Azərbaycan vətəndaşının vətənə qayıdışı təmin olunub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Rusiya-Azərbaycan sərhədi mart ayının 18-dən bağlanıb.

Milli.Az