Dünya

Qazaxıstanda güclü yanğın: 9-u uşaq olmaqla 12 nəfər öldü

18 Noyabr 2025 11:09
Baxış: 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın Türküstan vilayətində ikimərtəbəli fərdi yaşayış evində yanğın olub.

Milli.az xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Evdən huşsuz vəziyyətdə üç nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. İçəridə 9-u uşaq olmaqla, 12 nəfərin meyiti aşkar olunub.

Hadisə yerində araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu barədə başsağlığı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.