"Növbəti oyundan əvvəlki gecə raket hücumları oldu. Sığınacağa getdik. Qəribə səslənə bilər, amma qorxmadıq, sadəcə sevdiklərimizə görə narahat idik".
Milli.az xəbər verir ki, bunu "Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turan "Sky Sport" telekanalına Ukraynada futbol həyatının çətinlikləri haqda danışarkən deyib.
Həmin gecə heç yata bilmədiklərini bildirən türkiyəli məşqçi hansı şəraitdə oynayacaqlarını heç vaxt bilmədiklərini vurğulayıb:
"Normal klubda səfər oyunundan bir neçə saat sonra evə qayıda bilərsən. Amma burada belə deyil. Bəzən bir gündən çox vaxt tələb olunur və yalnız 48 saatdan sonra yenidən işə başlaya bilərsən. Bu, asan deyil. Çünki "Şaxtyor" Avropada matçlarını keçirir və demək olar ki, hər matç səfərdə olur. Uğur qazanmaq üçün rahatlıq zonasından çıxmaq lazımdır".
Fidan
Milli.Az





