Ölkə

Hüququ bitirməyənlər də məhkəməyə işə götürüləcək - Qaydalar dəyişdi

18 Noyabr 2025 09:52
Baxış: 583
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məhkəmə-Hüquq Şurası tərəfindən ölkəmizin əksər bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb.

Bu barədə Milli.Az-a Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Bildirilib ki, müvafiq vəzifə təlimatının "Təhsilə dair tələblər" bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.

Qeyd edək ki, bundan əvvəl məhkəmə iclas katibi vəzifəsinə yalnız "hüquqşünaslıq" ixtisası üzrə ali təhsili olan şəxslər qəbul olunurdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.