Bakı Biznes Universitetinin bəzi məzunları noyabr ayı olmasına baxmayaraq hələ də diplomlarını ala bilməyib.
Bununla bağlı Milli.Az-a şikayət daxil olub.
Belə ki, Bakı Biznes Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin "Sosial iş" ixtisası üzrə təhsil alan bəzi məzunları diplomlarını hələ də ala bilmədiklərini bildirirlər.
Məzunların sözlərinə görə, bu vəziyyət onların işə qəbulunda ciddi problemlər yaradır. Bəzi şəxslər iş tapsalar da, diplom təqdim edə bilmədikləri üçün iş yerinə rəsmiləşdirilmə aparıla bilmir:
"Artır neçə aydır ki, dərslər bitib, itmahanlarımızı da uğurla vermişik, amma diplomlarımızı ala bilmirik"
Məsələ ilə bağlı Bakı Biznes Universitetindən Milli.Az-ın sorğusuna cavab olaraq isə bildirildi ki, hazırda diplomlarla bağlı heç bir problem yoxdur:
"Diplomlar hazırlanır. 1-ci gündən etibarən elan veriləcək və tələbələrə diplomları təqdim ediləcək".
Mina Mikayılova
Milli.Az





