Cəmiyyət

"Tank biatlonu" müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib - FOTO

17 Avqust 2020 20:45
Baxış: 944
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları - 2020" yarışlarının "Tank biatlonu" müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 23-də yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.