Cəmiyyət

Prezidentin köməkçisi: "Yürüş olmasaydı, bugünkü rəqəmlər daha aşağı ola bilərdi"

3 Avqust 2020 18:27
Baxış: 1 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağ məsələsində həmrəyliyi bütün dünya dövlətləri gördü.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, ancaq burada kütləvi toplaşma hallarına da yol verildi: "Epidemioloqlar tərəfindən də qeyd edilir ki, həmin toplaşmalar olmasaydı, bugünkü rəqəmlər daha aşağı ola bilərdi. Gələcəkdə vətəndaşlarımız kütləvi xarakter daşıyan tədbirlərdən çəkinməlidir. Yas mərasimləri də bu qəbildəndir. Bu kimi tədbirlər vətəndaşların daha çox bir araya gəldiyi tədbirlər sırasındadır. Buna yol vermək olmaz".

H. Hacıyev qeyd edib ki, iyulun 14-də kütləvi tədbirin hər birimizə qürur verən hissəsini kənara qoymaq şərti ilə məsələyə epidemioloji çərçivədən də baxmalıyıq.

O bildirib ki, isti yay günlərində bu çətinliklər səbr və təmkinlə qəbul olunur: "Biz müəyyən miqyas və birgə səylərimiz nəticəsində yoluxmanın azalmasına nail olduq. Amma bu bizi qane etmir. Gündəlik 200-dən çox yoluxma var. Buna da kütləvi tədbirlər səbəb olub. Biz daha aşağı yoluxma gözləyirdik. Buna görə də gələcəkdə bundan çəkinməyə çağırırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.