Cəmiyyət

“Çimərliyə getmək üçün icazə almağa ehtiyac yoxdur”

3 Avqust 2020 17:37
Baxış: 3 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çimərliyə getmək üçün xüsusi icazəyə ehtiyac yoxdur, "Cimerlik.az" portalı, sadəcə, çimərliklərdəki mövcud vəziyyəti öyrənmək üçün yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, çimərliklər insanların sayına əsasən saytda yaşıl, sarı, qırmızı rənglərdə göstəriləcək. Əgər çimərlik dolu olarsa, vətəndaş bunu əvvəlcədən biləcək. Bu çimərliklər pandemiya tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər: "Əgər bir çimərliyin tutumu 500 nəfərlikdisə, 501-ci adam çimərliyə buraxılmayacaq və digər çimərliyə getməsi xahiş olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.