Cəmiyyət

Lerikdə dağlıq ərazidə yanğın olub

26 İyul 2020 19:18
Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lerik rayonunun Vistən kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə (Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Gürdəsər meşəbəyliyinin 8 saylı dolayı) 5 ha sahədə sıx kollar, qurumuş ağaclar və qismən ağaclar yanıb. Meşə zolağı yanğından mühafizə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Lerik Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Yanğın söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.