Dünya

94 yaşını paraşütlə tullanaraq qeyd etdi - VİDEO

11 Sentyabr 2025 14:50
Baxış: 467
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avstraliyanın Kvinslend əyalətində yaşayan 94 yaşlı Betti Qreqori doğum gününü 3 600 metr yüksəklikdən paraşütlə tullanaraq qeyd edib.

Milli.Az xəbər verir ki, bu, onun artıq beşinci paraşüt tullanışı olub. Betti tullanmağa hələ 1940-cı illərdə Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrində xidmət etdiyi zaman həvəs göstərib, lakin o dövrdə qadınlara bu imkan verilməyib.

Betti Qreqori bu istəyini yalnız 1970-ci ildə reallaşdıra bilib. O vaxtdan bəri Betti Qreqori dörd doğum gününü paraşütlə tullanaraq qeyd edib.

Onun 94-cü ad günündən görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.