Cəmiyyət

Vəhşi heyvanları qəfəsdə saxlayan restoran sahibi cəzalandırılıb

20 İyul 2020 20:05
Baxış: 1 440
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafa rayonundakı "Yaşıl Göl" ailəvi istirahət mərkəzində vəhşi heyvanların qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yerində araşdırıblar. Fakt təsdiqini tapıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Milli.Az-a bildirib ki, həmin istirahət mərkəzində 2 ayı, 2 canavar və 2 meymunun qəfəsdə saxlanılmasına görə akt tərtib olunub. Vəhşi heyvanlar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına, meymunlar isə zooparka təhvil veriləcək. Hazırda restoran sahibi Zöhrab Rəsulov barəsində qanunamüvafiq tədbirlər görülür.

Nazirlik vəhşi heyvanların istirahət mərkəzlərində qəfəslərdə saxlanılmasını pisləyir və vəhşi təbiətin mühafizəsinə öz töhfəsini verərək bu faktı ictimailəşdirən hər kəsə təşəkkürünü bildirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.