Cəmiyyət

"Dilim gəlmədi deyim ki, ata, səni istəyirəm" - Şəhid polkovnikin övladı

19 İyul 2020 23:50
Baxış: 3 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 12-dən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə başladığı döyüşlərdə həlak olan hərbçilərimizdən biri də polkovnik İlqar Mirzəyev olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, polkovnikin qızı Gülnarə Mirzəyeva ATV telekanalına müsahibəsində atası ilə bağlı xatirələrini bölüşüb. 

O, ürəyində qalan arzusundan danışıb. Deyib ki, atasından bircə istəyi var idi, amma son telefon zəngində dilinə gətirib bilməyib. Deyə bilməyib ki, "ata, səni görmək istəyirəm".

Gülnarə atası ilə fəxr etdiyini bildirib:

"Atam dünyam idi, aldılar onu məndən. Mən onunla fəxr edirəm". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.