Cəmiyyət

"Lazım gələrsə ön cəbhədə də vuruşaram" - FOTO

18 İyul 2020 14:51
Baxış: 5 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mənfur düşmənimizin silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində, şəhid verdiyimiz üçün çox üzülürəm. Ulu babalarımızın bizə əmanət etdiyi vətənimizi qorumaq üçün lazım gələrsə, döyüşməyə hazıram.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa bildirib ki, ötən gün o da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçib:

"Bir Azərbaycan vətəndaşı olaraq, tarixi torpaqlarımızı işğaldan azad etmək üçün lazım gələrsə ön, lazım gələrsə arxa cəbhədə xidmət etməyə hazıram. Müraciətimi rəsmiləşdirmək üçün qeydiyyatdan da keçdim. 

Vətənimiz və bizim uğurumuzda canından keçən igid övladlarımızın, şəhidlərimizin ruhu qarşısında baş əyirəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.