Karantin dövründə məsafədən işləyən işçinin əməkhaqqı azaldıla bilərmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli Qərarına əsasən, karantin dövründə dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əməkhaqqı saxlanılır, fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əməkhaqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilir.
Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə iqtisadçı ekspert Anar Bayramov aktual məsələni şərh edərkən bildirib: "Tutaq ki, maliyyə sektorunda fəaliyyət göstərən işəgötürən işçinin məsafədən işləməsini təmin etsə də, ona bildirir ki, evdən işlədiyi üçün əməkhaqqını tam yox, 80 faiz həcmində ödəyəcək. Bu halda əməkhaqqının qeyd olunan səbəbdən azaldılması qaydalara uyğun deyil və işçilərin əmək şəraitinin şərtlərinin pozulması kimi qiymətləndirilməlidir. Digər halda, sığorta sektorunda fəaliyyət göstərən işəgötürən evdən işləyən işçilərin əməkhaqqının 20 faiz azaldılmasına və əmək şəraitinin dəyişməsi ilə əlaqədar işçilərə xəbərdarlıq olunmasına qərar verib".
Ekspert qeyd edib ki, belə olduğu təqdirdə Əmək Məcəlləsinin 56-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, əmək şəraitinin şərtləri dəyişdirilməmişdən azı bir ay əvvəl işçi yazılı məlumatla və ya əmrlə (sərəncamla) xəbərdar edilməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c" bəndində nəzərdə tutulan əsasla xitam verilməlidir.
"Göründüyü kimi, işçi evdən işləyən zaman əməkhaqqının azaldılmasına razılıq verməklə işinə davam edə və ya əmək şəraitinin dəyişməsi nəticəsində əmək müqaviləsinə xitam verilməsi səbəbindən işdənçıxma müavinəti əldə edə bilər. Eyni hal pandemiya ilə əlaqədar işçilərin əməkhaqqının azadılmasına da tətbiq oluna bilər. İşəgötürən işçilərini pandemiyanın təsirindən qorumaq üçün növbəli iş rejiminə və ya natamam iş vaxtına keçməyə qərar verdiyi halda işçiləri öncədən məlumatlandırmaqla onların razılığını almalıdır", - deyə A.Bayramov söyləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bəşər Əsədə ölüm hökmü çıxarıldı
-
Çində daşıyıcı raket havada partladı - (Video)
-
Tupak Şakurun qətlində ittiham olunan şəxsin məhkəməsi başladı
-
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb - Siyahı
-
DİN-dən vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq
-
Bakıya yağış yağacaq - Proqnoz
-
Dünənki ağır qəzada ölənlərin sayı 4-ə çatdı
-
Liviyada hərbi kəşfiyyat rəhbəri sui-qəsd nəticəsində öldürüldü
-
Hava ilə bağlı son məlumat açıqlandı
-
Messidən gözlənilməz qərar
-
Bakıda məşhur şadlıq sarayı satışa çıxarıldı - 5,5 milyon manata
-
Yazıçı Kəramət Böyükçöl biznesə başlayır?
-
Rəşid Mahmudov efirlərdən niyə yoxa çıxıb? - Özü açıqladı
-
Ağcabədidə 70 sot əkin sahəsini yandıran şəxs müəyyən edildi
-
Vasif Məhərrəmli oğlu ilə çimərlikdə görüntüləndi - (Video)
-
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib
-
Tahir Gözəldən “Qarabağ” - “Dinamo” oyunu öncəsi açıqlama
-
Ali Məhkəmədən podrat müqavilələri ilə bağlı mühüm qərar
-
Dövlət sərhədində 40 kq narkotik dövriyyədən çıxarıldı
-
Təbii qazın qiyməti bahalaşdı
-
Aleksis Sançes MLS klubu ilə anlaşdı
-
Bakıda avtomobil salonu yandı - (Video)
-
Messi "İnter Mayami"dən ayrıldı? – Qərarını verdi
-
Ağstafada qəbiristanlıq yaxınlığında meyit aşkarlanıb





