Tahir Gözəldən “Qarabağ” - “Dinamo” oyunu öncəsi açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Möhtəşəm bir futbol ilini geridə qoyduqdan sonra 2026/2027-ci illər mövsümünə böyük hədəflər və inamla start verdik. Qarşıda bizi yenə çox ciddi və məsuliyyətli sınaqlar gözləyir.
Milli.Az Azərtac-a istinadla xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Kiyev "Dinamo"su ilə cavab oyunu ərəfəsində klubun rəsmi saytına açıqlamasında deyib.
Funksioner "Qarabağ"ın hədəflərinin böyük olduğunu və komandaya inandığını bildirib:
"Bu il bir çox mövqedə heyətimizi gücləndirdik, inandığımız futbolçuları komandamıza cəlb etdik və bu seçimləri edərkən qarşıdakı matçları, komandamızın ehtiyaclarını nəzərə aldıq. Yeni futbolçularımızın "Qarabağ"a öz töhfələrini verəcəyinə inanıram və bu komandanın potensialına ürəkdən güvənirəm.
Hər zaman olduğu kimi, bu gün də Qurban müəllimin yanındayam. Onunla birlikdə uzun illər ərzində çox böyük uğurlar qazanmışıq, onun bu komandaya olan sevgisini və bağlılığını çox yaxşı bilirəm. Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm. İnanıram ki, futbolçularımız qarşıdakı günlərdə bizlərə yenə qürur duyacağımız gözəl anlar yaşadacaqlar".
Tahir Gözəl sonda azarkeşlərə səslənib:
"İndi isə azarkeşlərimizə səslənərək komandamıza inanmalarını, bu inamı tribunada futbolçularımıza hiss etdirmələrini istəyirəm. "Dinamo" ilə bizi çox vacib oyun gözləyir. Belə məqamlarda stadionun səsi, azarkeşin sevgisi komandaya böyük güc və mübarizə ruhu verir. Gəlin, hər birimiz yumruq kimi bir yerdə olaq, komandamızı ürəkdən dəstəkləyək və "Qarabağ"ımıza olan inamımızı tribunadan hiss etdirək".
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" oyunu saat 20:00-da başlayacaq. İlk matçda Ukrayna klubu 1:0 hesablı qələbə qazanıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Azərbaycan millisi 7 qol buraxdı
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
XƏBƏR LENTİ
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı





