Dünya

Bəşər Əsədə ölüm hökmü çıxarıldı

11 Avqust 2026 12:59
Baxış: 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dəməşq Cinayət Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədi insanlıq əleyhinə cinayətlər, qətl və işgəncə ittihamları üzrə ölüm cəzasına məhkum edib.

SANA agentliyinin məlumatına görə, məhkəmə Bəşər Əsədin qardaşı Mahir Əsəd və keçmiş təhlükəsizlik rəsmisi Atef Nacib barəsində də ölüm hökmü çıxarıb.

Bəşər və Mahir Əsəd məhkəmədə qiyabi mühakimə olunublar. Məhkəmə onların beynəlxalq axtarışa verilməsi barədə də qərar qəbul edib.

Bəşər Əsədin əmisi oğlu Atef Nacib isə məhkəmə iclasında şəxsən iştirak edib. O, 2011-ci ildə Dəraa vilayətində Siyasi Təhlükəsizlik İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Nacibə qarşı qətl, işgəncə və qətlə təhrik ittihamları irəli sürülüb.

Qeyd edək ki, Bəşər Əsəd 2024-cü ilin dekabrında hakimiyyətdən devrildikdən sonra ailəsi ilə birlikdə Suriyanı tərk edərək Rusiyaya gedib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.