Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qafqazın ilk inteqrasiya olunmuş e-ticarət, bank və ödəniş ekosistemi olan Bir, m10 rəqəmsal pul kisəsi tətbiqində süni intellektlə işləyən "Ey-ay" çatbotunu istifadəyə verib. Artıq m10 istifadəçiləri tətbiq daxilində xidmətləri axtarmaq əvəzinə, sadəcə "Ey-ay" ilə yazışaraq kommunal ödənişlərini həyata keçirə, balanslarını daha sürətlə artıra, həmçinin digər m10 xidmətlərini asanlıqla tapa bilərlər.
Bu yenilik cəmiyyətin nağd puldan rəqəmsal ödənişlərə sürətli keçidini dəstəkləməklə yanaşı, gündəlik maliyyə əməliyyatlarını daha sürətli və asan etmək üçün hazırlanıb. Bir ekosistemi rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əlçatan etməyi, insanların bu mühitə uyğunlaşmasını asanlaşdırmağı hədəfləyir.
Bir ekosisteminin Məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov "Ey-ay" haqqında danışarkən bildirib: "Bu gün insanlar rəqəmsal xidmətlərdən sürət və rahatlıq gözləyirlər. "Ey-ay" sayəsində istifadəçilər gündəlik ödənişlərini sadəcə yazışma vasitəsilə həyata keçirə bilirlər ki, bu da xidmətlərdən istifadəni daha rahat və əlçatan edir. Biz maliyyə xidmətlərini insanların artıq öyrəşdiyi ünsiyyət üslubu ilə birləşdirərək rəqəmsal ödənişləri hər kəs üçün daha sadə edir və Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini dəstəkləyirik".
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini - Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
DİN-dən vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq
-
Bakıya yağış yağacaq - Proqnoz
-
Dünənki ağır qəzada ölənlərin sayı 4-ə çatdı
-
Liviyada hərbi kəşfiyyat rəhbəri sui-qəsd nəticəsində öldürüldü
-
Hava ilə bağlı son məlumat açıqlandı
-
Messidən gözlənilməz qərar
-
Bakıda məşhur şadlıq sarayı satışa çıxarıldı - 5,5 milyon manata
-
Yazıçı Kəramət Böyükçöl biznesə başlayır?
-
Rəşid Mahmudov efirlərdən niyə yoxa çıxıb? - Özü açıqladı
-
Ağcabədidə 70 sot əkin sahəsini yandıran şəxs müəyyən edildi
-
Vasif Məhərrəmli oğlu ilə çimərlikdə görüntüləndi - (Video)
-
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib
-
Tahir Gözəldən “Qarabağ” - “Dinamo” oyunu öncəsi açıqlama
-
Ali Məhkəmədən podrat müqavilələri ilə bağlı mühüm qərar
-
Dövlət sərhədində 40 kq narkotik dövriyyədən çıxarıldı
-
Təbii qazın qiyməti bahalaşdı
-
Aleksis Sançes MLS klubu ilə anlaşdı
-
Bakıda avtomobil salonu yandı - (Video)
-
Messi "İnter Mayami"dən ayrıldı? – Qərarını verdi
-
Ağstafada qəbiristanlıq yaxınlığında meyit aşkarlanıb
-
Həmin kameralar radar deyil - DİN-dən AÇIQLAMA
-
Əməkdar artist Murad Dadaşovun toyundakı görüntülərini paylaşdı - (Video)
-
PAŞA Kapital ilə illik 10.5% gəlirli - “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarına investisiya fürsəti
-
İki qadının boğulması ilə bağlı araşdırma başladı





