İdman

Aleksis Sançes MLS klubu ilə anlaşdı

11 Avqust 2026 11:00
Baxış: 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Çili millisinin hücumçusu Aleksis Sançes uzun illər davam edən Avropa karyerasından sonra MLS-ə üz tutmağa hazırlaşır.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 37 yaşlı futbolçu Kanadanın "Monreal" komandası ilə ikiillik müqavilə barədə razılığa gəlib. Tərəflər arasında keçidlə bağlı sənədlər də hazırdır.

Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Sançes yeni klubuna azad agent kimi qoşulacaq. Çilili hücumçu yayda İspaniyanın "Sevilya" futbol komandasından ayrıldıqdan sonra sərbəst futbolçu statusunda idi.

Beləliklə, "Barselona", "Arsenal", "Mançester Yunayted", "İnter" və "Marsel" kimi klublarda çıxış etmiş Sançes karyerasında ilk dəfə MLS-də forma geyinəcək.

Müqavilənin iki mövsüm üçün nəzərdə tutulduğu və təcrübəli hücumçunun "Monreal"da xüsusi statuslu futbolçu kimi qeydiyyatdan keçiriləcəyi bildirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.