DİN-dən vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mütəmadi olaraq aparılan maarifləndirmə tədbirlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə olunur.
Milli.Az xəbər verir ki, aparılan araşdırmalar və daxil olan müraciətlər göstərir ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq müxtəlif məhsulları cəlbedici qiymətlərlə təklif edir, ödəniş alındıqdan sonra isə vətəndaşla əlaqəni kəsərək telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar.
Bu kimi halların qarşısının alınması məqsədilə vətəndaşlara internet və sosial şəbəkələrdə rastlaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları və etibar etmədikləri şəxslərdən məhsul sifariş etməmək, xüsusilə əvvəlcədən ödəniş tələb olunan təkliflərə qarşı diqqətli olmaq tövsiyə olunur.
Məhsul sifariş etməzdən və ödəniş həyata keçirməzdən əvvəl satıcı barədə məlumatların, əlaqə vasitələrinin və təqdim olunan səhifənin həqiqiliyinin yoxlanılması vacibdir. Etibar etmədiyiniz və ya həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin, bank kartı məlumatlarınızı, CVV/CVC kodunu, SMS vasitəsilə göndərilən təsdiq kodlarını və digər məxfi məlumatları üçüncü şəxslərlə paylaşmayın.
Kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəlzələdə ölənlərin sayı 6301-ə çatdı
-
İstanbulda erməni kişi qətlə yetirildi
-
“Rusiyaya getməyin, övladlarınızı ora buraxmayın”
-
Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb
-
Bəşər Əsədə ölüm hökmü çıxarıldı
-
Çində daşıyıcı raket havada partladı - (Video)
-
Tupak Şakurun qətlində ittiham olunan şəxsin məhkəməsi başladı
-
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb - Siyahı
-
DİN-dən vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq
-
Bakıya yağış yağacaq - Proqnoz
-
Dünənki ağır qəzada ölənlərin sayı 4-ə çatdı
-
Liviyada hərbi kəşfiyyat rəhbəri sui-qəsd nəticəsində öldürüldü
-
Hava ilə bağlı son məlumat açıqlandı
-
Messidən gözlənilməz qərar
-
Bakıda məşhur şadlıq sarayı satışa çıxarıldı - 5,5 milyon manata
-
Yazıçı Kəramət Böyükçöl biznesə başlayır?
-
Rəşid Mahmudov efirlərdən niyə yoxa çıxıb? - Özü açıqladı
-
Ağcabədidə 70 sot əkin sahəsini yandıran şəxs müəyyən edildi
-
Vasif Məhərrəmli oğlu ilə çimərlikdə görüntüləndi - (Video)
-
Bir Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib
-
Tahir Gözəldən “Qarabağ” - “Dinamo” oyunu öncəsi açıqlama
-
Ali Məhkəmədən podrat müqavilələri ilə bağlı mühüm qərar
-
Dövlət sərhədində 40 kq narkotik dövriyyədən çıxarıldı
-
Təbii qazın qiyməti bahalaşdı





