Cəmiyyət

"10 gün ev şəraitində müalicə edildim, sonra xəstəxanaya yerləşdirildim" - Testi pozitiv çıxan Aynur Nəsirova

4 İyul 2020 09:49
Baxış: 1 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, "ARB24" telekanalının dörd əməkdaşında koronavirus aşkarlanıb. Onlardan ikisi sağalaraq evə buraxılıb, birinin müalicəsi ev şəraitində, digərinin isə xəstəxanada davam etdirilir.

Milli.Az xəbər verir ki, oxu.az xəstəxanada müalicə olunan telekanalda baş redaktor müavini vəzifəsində çalışan Aynur Nəsirova ilə əlaqə saxlayıb.

O bildirib ki, üç gündür xəstəxanada müalicə edilir:

"Əvvəlcə hərarətim yüksəldi. Test verdim və nəticəsi pozitiv çıxdı. 10 gün ev şəraitində müalicə edildim. Daha sonra xəstəxanaya yerləşdirildim. Hazırda özümü yaxşı hiss edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.